<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Göydən yerə enən təkcə Məsihdir,
 Ölülərdən O, ilk diriləndir.
 Bizləri ürəkdən hər zaman sevən,
 Göylərdə bizlərə həyat verəndir.

[C1]
   Möcüzə baş verib - Məsihimiz dirilib!
   Allahımız dirilib, doğrudan da dirilib!
   Gəlin biz də sevinək.

[V2]
 Məsihim ölümə qələbə çaldı,
 Qalxarkən buludlar qoynuna aldı.
 Getdi O, əbədi, gözəl məkana,
 Xilas vermişdir O hər bir insana.

[V3]
 Sevinin, insanlar, ölüm yox oldu,
 Allahın pak Ruhu qəlblərə doldu.
 Göylərə aparan hər birimizi
 Ensiz, dar cığırdır, Müqəddəs yoldur.</lyrics>
<title>Göydən yerə enən təkcə Məsihdir İL184</title>
<hymn_number>184</hymn_number>
</song>